Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Parkomat nəzarətçisinə inandı, cərimələndi- Bakıda

 Dayanacaqda çalışan şəxsə inanaraq həmin ərazidə maşın park edən şəxs cərimələnib

Yenixeber.org: Hadisə Dəniz Vağzalının qarşısında baş verib.
Cərimə olunan Vasif Cəbrayılov sual edir ki, əgər yalan məlumat verib maşını cərimələtdirəcəksə həmin şəxslər duracaqda niyə çalışır.
Daha sonra hadisənin baş verdiyi yerə getdik. Dəniz Vağzalının qarşısındakı lövhədə avtomobillərin park edilməsinə yalnız axşam saat 6:00-dan səhər saat 7:00-dək icazə verildiyini göstərən lövhə quraşdırılıb. Ancaq bu şəxsin maşını həmin ərazidə saat 5:00-da park edildiyi üçün yol polisi ona cərimə yazıb.
Ekspert Ərşad Hüseynov bildirir ki, belə hallarda parkomat nəzarətçisinə hansısa cəza tətbiq edilə bilməz. Çünki onların nə deməsindən asılı olmayaraq sürücü özü ərazidə parketmə yerinə nəzər salmalı və hər şeyin qaydalara uyğun olduğuna əmin olduqdan sonra avtomobili duracağa qoymalıdırlar. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam