Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Hərbçilərin həlak olduğu qəzanın təfərrüatları

Hərbçilərin həlak olduğu qəzanın təfərrüatları
Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub.

Yenixeber.org: Hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib.
Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.(trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam