Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıya axın başladı - Metro yeni rejimə keçir

    

Bakıya axın başladı - Metro yeni rejimə keçir
Yay mövsümünün başa çatması və istirahətdə olan insanların Bakıya qayıtması ilə əlaqədar metroda sıxlıq yaşanır. 


Yenixeber.org: "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, yaxın 1-2 gün ərzində metropolitendə qatarların hərəkətində payız-qış qrafikinə keçiləcək.
“Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakımetropoliteni"ndə sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onlar arasında ənənə üzrə, qatarların yeni hərəkət cədvəlinin tətbiqi xüsusi yer tutur. Payız-qış rejiminə keçildikdə qataraların intervalı azalır, həm də qatarların sayı artır. Bununla yanaşı, mövsümə uyğun olaraq digər tədbirlər görüləcək”.

Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam