Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İpoteka krediti almaq istəyənlərə şad xəbər


    “Bu günə qədər 15400 ailə İpoteka Fondu vasitəsilə kredit alıb”. 

    "Xeberinfo.com": AzNews.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. 

    E.Rüstəmov dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin artırılmasına görə həmkarlarına təşəkkür edib: 
   “Bilirsiniz ki, Dövlət İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərir. Həmkarlarıma təşəkkür edirəm ki, İpoteka Fonduna ayrılan məbləğ 10 milyon artırılıb. Bu, olduqca ciddi rəqəmdir. Təxminən məbləğ 50 milyon manata çatdırılıb. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Lakin bütövlükdə ipoteka portfeli 1 milyard manatdır. Yəni əhaliyə verilən ipotekanın məbləği 1 milyard manatdan artıqdır. Bunun 600 milyonu dövlətdən aldığı və özünün cəlb etdiyi vəsaitlər hesabına ipoteka xətti ilə verilib. Digər 400 milyon manat isə bankların öz vəsaitləri hesabına verilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam