Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Hərbi liseydə Müəllimlər Günü qeyd edilib

    

Hərbi liseydə Müəllimlər Günü qeyd edilib
Cəmşid Naxçıvanski adına Hərbi liseydə Beynəlxalq Müəllimlər Günü təntənəli surətdə qeyd edilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Müəllim və kursant heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji kollektivi təbrik edib.
Hərbi liseyin bir qrup müəllimi kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əldə etdiyi nailiyyətlərə, şərəfli peşə borcunu layiqincə yerinə yetirdiyinə görə rəhbərlik adından təşəkkür və fəxri fərmanlarla təltif olunub.

Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam