Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Dünyada 2035-ci ilə qədər 5 milyon insan işini itirəcək

Dünyada 2035-ci ilə qədər 5 milyon insan işini itirəcək

“Əvvəllər təyyarə, antibiotik istehsalına maraq yüksək idisə, bu gün 3 d çap, nanotexnologiyalar, süni zəka dəbdədir”.

Yenixeber.org: Bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün dövlət süni zəkaya daha çox sərmaye yatırır: “Məlumata görə, 2035-ci ilə qədər süni zəkaya 85 milyard ABŞ dolları yatırılacaq. Lakin bəzi alimlərin fikirlərinə görə, süni zəka və texnologiyanın inkişafı həmçinin zərər də gətirə bilir. Hesablamalara görə 2035-ci ilə qədər 5 milyon insan, 2055-ci ilə qədər işləyənlərin 50 faizi öz işini itirəcək. Bu da süni zəkanın inkişafı ilə bağlıdır. Bu prosesin qarşısını almaq üçün yaradıcı sahənin inkişafının təşviqini vacib hesab edirik. Bununla yanaşı qeyd etməliyik ki, artıq süni zəka sistemləri muxtar şəkildə işləyə və hətta yardıcı sahədə fəaliyyət göstərə bilərlər”.

Gülxar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam