Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ziyafət Əsgərov: “Siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti?!”

Ziyafət Əsgərov: “Siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti?!”

Milli Məclisinin bu gün keçirilən plenar iclasında teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı təklif müzakirə olunub.

Yenixeber.org: İclasda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov teatrlarda siqaret çəkilməsinin aradan qaldırılmasına ehtiyac olmadığını söyləyib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə komitə sədrinin fikirlərinə etirazla cavab verib: “Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti var?! Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər, baxaq görək, doğrudan da nəisə var”.

Birinci vitse-spiker qeyd edib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlər yığışdırılıb:

“Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud fimlərdə də üzərinə “kölgə” salınsın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam