Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bakıda Məhəmməd peyğəmbərin mövludu qeyd edildi - FOTO

 

Bakıda Məhəmməd peyğəmbərin mövludu qeyd edildi - FOTO

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçığı ilə Bakıda Məhəmməd peyğəmbərin (s.ə.s) mübarək doğum həftəsi münasibətilə tədbir keçirilib.

Yenixeber.org: Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq, şəhidlər anılıb.

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir müsəlman dünyası yaradılmışların ən əşrəflisi olan əziz İslam peyğəmbərinin mübarək doğum gününü, vəhdət həftəsi olaraq qeyd edirlər: "Azərbaycan xalqı da yüz illərdir ki, peyğəmbərimizə, onun sevgili ev xalqına öz sevgi və ehtiramını göstərməkdədir. Ölkəmizdə birlik və bərabərliyimizin, dini mühitmizdə hökm sürən tolerant münasibətlərin mühafizə olunmasında peyğəmbər və onun əhli-beytinin mənəvi dərsləri danılmazdı. Qürurverici haldır ki, vətənimizdə mənəvi dəyərlərimizin həqiqi müdafiəçisi Azəərbaycan dövlətidir”.

Tədbirdə şəhidlərimizin pak ruhuna müqəddəs kitabımız olan "Qurani-Kərim"dən ayələr oxunub. İslam peyğəmbərini (s.ə.s) vəsf edən ilahilər səslənib. Şəhidlərimizin əziz ruhuna ehsan süfrəsi təşkil olunub. Tədbirdə ölkənin bir qrup fəal xanımları iştirak edib.

Sonda təşkilatın sədri S.Əzimbəyli mübarək doğum həftəsi münasibətilə keçirdikləri tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə hər kəsə "Ovqat-AB” şirkətinə öz təşəkkürünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam