Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıya 18 metr uzunluğunda yeni avtobuslar gətiriləcək

Bakıya 18 metr uzunluğunda yeni avtobuslar gətiriləcək

Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.

Yenixeber.org: Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.

İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".

V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar".

Vüsal Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də bildirib.

O qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam