Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məşhur professordanÇOX FAYDALI RESEPT

 

Məşhur professordan ÇOX FAYDALI RESEPT

Professor Doktor Canan Karatay qışda bədənin şəkər ehtiyacını qarşılayan, amma kökəltməyən təbii şirniyyat reseptini açıqlayıb.

Yenixeber.org: O bildirib ki, faydalı borani deserti bədəni toksinlərdən təmizləyərək immuniteti gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərin qarşısını alır.

Canan Karatay sözlərinə onu da əlavə edib ki, tərkibində şəkər olmadığı üçün bu desert artıq çəkiyə səbəb olmur.

Məşhur kardioloqun vitaminli şirniyyat reseptini təqdim edirik.

İnqrediyentlər:

2 dilim şirin balqabaq

1 ədəd alma

2 ədəd portağal

Yarım stəkan qoz

½ stəkan quru üzüm

1 ədəd çubuq darçın

1 yemək qaşığı kərə yağı

Hazırlanması:

Balqabaq, alma və portağalı səliqə ilə istədiyiniz ölçüdə dilimləyin. Portağalın ağ hissələrini mümkün olduqda soymayın. Doğranmış meyvələri istiliyə davamlı şüşə qaba yerləşdirin. Sonra üzərinə qoz, kişmiş və darçın əlavə edib kərə yağı dilimlərini üzərinə düzün. Şüşə məcməyini yağlı kağız ilə bağlayıb 180 dərəcə sobada 35 dəqiqə bişirin.

Soyuq olaraq servis edin.

Nuş olsun!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam