Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda mobil operator internet qiymətlərində dəyişiklik edir

2019-cu il yanvarın 9-dan "Azercell" MMC fakturalı xətt sistemində mövcud olan "4GB=9 manat" internet paketini ləğv edir.

Yenixeber.org: Bu barədə rəsmi mətbuatda dərc olunan məlumata istinadən bildirir.

Həmin paketə qoşulmuş abunəçilər 30 gün müddətində bu paketdən istifadə edə bilər. "4GB=9 manat" paketi avtomatik olaraq "5GB=8 manat" paketi ilə əvəz olunacaq.

Bundan başqa, fakturasız xətt (SimSim) sistemində mövcud olan "18GB=24 manat" paketi də ləğv olunaraq "10GB=15 manat" paketi ilə əvəz edilir. Bu paketi də 30 gün müddətində istifadə etmək mümkün olacaq.

Dəyişikliklər həmçinin həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulmuş "100MB=2 manat" paketinə şamil olunur. Bu, "60MB=1 manat" paketi ilə əvəz olunacaq.

Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri nəzərdə tutulmuş aylıq "50MB" paketi "60MB" ilə əvəz olunacaq, lakin istifadə müddəti 15 günədək azaldılacaq.

Milli.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam