Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“30 ildən sonra ərzaq istehsalı 70 faiz artırılmalıdır”

 

“30 ildən sonra ərzaq istehsalı 70 faiz artırılmalıdır”
"Bu gün dünyada əhalinin ərzaq məhsulları ilə təmin edilməsi ən önəmli məsələlərdən birinə çevrilib. Demoqrafik və ekoloji faktorlar insanların keyfiyyətli qida ilə təmin olunmasını getdikcə çətinləşdirir"
 Yenixeber.org: Bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda (“AgTech and Green Energy”) kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir diqqətə çatdırıb ki, FAO-nun son proqnozlarına görə, 2050-ci ildə dünyada əhalinin sayı təxminən 9,3 milyard nəfərə çatacaq: "Bu, o deməkdir ki, 30 il sonra əhalinin qidaya tələbatını ödəmək üçün ümumi ərzaq istehsalı 70 faiz artırılmalıdır. Qlobal ərzaq təhlükəsizliyinin təmin olunması qarşısında digər qlobal çağırışlar var. İqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalını ildən-ilə çətinləşdirir. Ətraf mühiti qorumaq, torpaq və su ehtiyatlarından səmərəli istifadə, mineral gübrələrin torpağa vurduğu zərəri azaltmaq öz aktuallığını qoruyub saxlayır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam