Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

50 mindən çox işsizə iş verildi

 

50 mindən çox işsizə iş verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Yenixeber.org: Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam