Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanda 16 nəfər "donuz qripi"nə yoluxub?- RƏSMİ CAVAB

 

Azərbaycanda 16 nəfər "donuz qripi"nə yoluxub? - RƏSMİ CAVAB

Səhiyyə Nazirliyi Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması ilə bağlı xəbərlərə cavab verib.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatına istinadən Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair yayılan xəbərlər doğru deyil:

“Azərbaycanda bugünə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümumə göndərilməyib. Ümumdünya Səhiyyə Təşkilatının hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”.

Qeyd edək ki, Medicina.az saytının yazdığı xəbərdə ÜST-ün Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosunun aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halını təsdiqlədiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam