Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anar Bağırov: "Bu il Azərbaycanda vəkillərin sayı 2000 nəfəri keçəcək"

Bu il Azərbaycanda vəkillərin sayı 2 minə çatdırılacaq.

Yenixeber.org: Bu barədə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

A.Bağırovun sözlərinə görə, kollegiya ölkədə vəkillərin sayının artırılması və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi istiqamətində tədbirlərini davam etdirir:

"Hazırda ölkədə 1503 vəkil fəaliyyət göstərir. Ötən ilin sonunda 106 nəfər namizəd də birinci mərhələdən uğurla keçib. Əminəm ki, həmin şəxslərin də əksəriyyəti bu il vəkil adını qazanacaq. Eyni zamanda artıq onlarla hüquqşunas bizə müraciət edərək vəkil olmaq istədiklərini bildirirlər. Ümid edirəm ki, bu ilin sonuna qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bundan sonra hər il ölkədə vəkillərin sayı artırılacaq".

A.Bağırov bildirib ki, ötən il Azərbaycan Vəkillər Kollegiyasına 600 vəkil qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam