Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zakir Fərəcovun çörək monopoliyası –SAKİNLƏR ETİRAZ EDİR…

 

  

Sumqayıt İcra Hakimiyyətinin başçısı şəhərdəki market sahiblərinə xəbərdarlıq edib. Xəbərdarlıqda Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodunun məhsullarının satışına qadağan olunması və marketlərdə yalnız Sumqayıt çörək zavodunun məhsullarının satılacağı bildirilib.

Yenixeber.org: Redaksiyamıza sakinlər tərəfindən daxil olan məlumata görə, Sumqayıt çörək zavodu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur. Zavodun avadanlıqları başçının yaxınları tərəfindən Almaniyadan gətirilib və Sumqayıtda quraşdırılıb.

Əslində bu qərar sakinlərlə birgə market sahiblərinin də ciddi narazılığına səbəb olub. Bildirilir ki, Bakı çörəklərinin satışının qadağan olunması marketlərə ziyan vurur.

İddialara əsasən, Bakıdan Sumqayıta çörək daşıyan maşınların siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilir. Həmin maşınların Sumqayıta çörək gətirdiyi aşkarlanarsa, cərimə meydançasına aparılacağı deyilib.

Araşdırmamız zamanı Fərəcovun nəyinki, Sumqayıtda,  Abşeronda icra başçısı olduğu zaman Xırdalanda yeni bazar tikdirdiyi, sonra isə marketlərdə meyvə-tərəvəz və ət satışını qadağan etdiyi məlum oldu. Bununla da  icra başçısının monopoliyaya alışqan olduğu açıq aydın görünür. Bir sözlə, Z.Fərəcov monopoliya yaratmağa üstünlük verir.

Qeyd edək ki, bir neçə müddət bundan öncə Bakıda istehsal olunan çörəklərin satışının Sumqayıt şəhərində qadağan olunması ölkə mətbuatının gündəmini zəbt etmişdi. Hətta deyilənə görə, çörək oliqarxı kimi tanınan Tofiq Hüseynov adlı şəxs icra başçısının köməkliyi ilə Sumqayıt şəhərində yaşayan əhaliyə çörək böhranı yaşatmışdı. Bu problemin ictimailəşməsinə baxmayaraq, təəssüf ki, hələ də öz həllini tapmayıb. Üstəlik, qadağa daha da sərtləşib.(realmedia.az)

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Sözügedən qurumun və adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Gülnarə Eynullaqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam