Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Girovlarla bağlı açıqlama

 

Avropa İttifaqı Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb

 

"Xeberinfo.com":  "Ermənistan beynəlxalq normalardan irəli gələn öhdəliklərə əməl etməlidir."
Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Xidmət erməni əsirliyində saxlanılan azərbaycanl məcburi köçkünlər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz mühakiməsi barədə öz mövqeyini açıqlayıb: "Aİ Ermənistanı beynəlxalq humanitar normalardan irəli gələn öhdəliklərə əməl etməyə və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlığa çağırırıq. Xarici Fəaliyyət Xidməti bunun Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il Həştərxan bəyanatı, eləcə də 2014-cü il 4 dekabrda Bazeldə keçirilmiş ATƏT nazirlər şurasında Minsk Qrupu həmsədrlərinin çağırışına uyğun olacağını xatırladıb."
Xatırladaq ki, Avropa İttifaqı bu bəyanat vasitəsilə məcburi köçkünlərin girov götürülməsi məsələsində Ermənistanın birbaşa iştirakını bir daha təsdiqləyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam