Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BNA-ya ciddi ittiham:28 milyon hanı?

 

Son 1- 2 ildə Bakı Nəqliyyat Agentliyinə 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatı İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur.

Yenixeber.org: Bu fikirləri İnternet Forumunun prezidenti Osman Gündüz Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı apardığı kiçik araşdırma barədə danışarkən deyib.

O.Gündüz bildirib ki, NİİM-lə bağlı verdiyi açıqlamaya Bakı Nəqliyyat Agentliyi sözçüsünün aqressiv reaksiyasından sonra belə bir araşdırma aparmaq qərarına gəlib.

O.Gündüz bildirib ki, NİİM üçün BNA-ya 28 milyon ayrılması dəhşətdir:

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra bu sistemin bərpası, video-monitorla bağlı texniki xidmət, videorabitə işləri, server, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıb.

Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatı İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam