Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İndoneziya mətbuatı 31 mart soyqırımından yazıb

 

İndoneziya mətbuatı 31 mart soyqırımından yazıb
31 mart tarixində İndoneziyanın “Tempo” həftəlik xəbər jurnalında azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edilib.
Yenixeber.org: Azərbaycan XİN-dən verilən məlumata əsasən, məqalədə Azərbaycanın qanlı səhifələrlə dolu tarixinə nəzər salınaraq, rus inqilablarından məharətlə istifadə edən erməni daşnaklarının “Böyük Ermənistan” ideyası və bolşevik bayrağı altında Azərbaycanın müxtəlif regionlarında azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklərdən, o cümlədən Stefan Şaumyan və Avanes Apresyan kimi erməni qəsbkarlarının etiraflarından söz açılır. 

Məqalədə, həmçinin, Quba hadisələrinə də toxunularaq, ermənilərin törətdikləri kütləvi insan qətlləri zamanı müsəlmanlarla yanaşı ləzgi və yəhudilərin, hətta qırğınlara etiraz edən gürcü və rusların da qətlə yetirildiyi faktına da diqqət çəkilir. 

Sonda, o qanlı hadisələrin unudulmadığı vurğulanaraq, 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə keçmişdə və hazırkı dövrdə də azərbaycanlılara qarşı aparılan etnik təmizləmə faktları barədə dünya ictimaiyyətinin məlumatlandırıldığı bildirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam