Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Tərtərdə 10 milyonlara başa gəlmiş layihəni yeyənlərə qarşı camaatımızın harayını çatdırmaq boynumun borcudur."-Səbirə Mahmudova

 

         

 
"Qarabağın Həcəri" adı ilə məşhur olan qadın döyüşçü Səbirə Mahmudova sosial şəbəkə vasitəsi ilə içtimaiyyətə müraciət edib.
Yenixeber.org: Səbirə xanım Tərtərdə suyun içməyə yarartsız olduğunu, bunun günahının isə icra hakimiyyəti və "Azərsu"-da olduğunu vurğulayıb. Səbirə xanın yazır:
"Ölkə başçısının xalqa faydalı addımlarından səmərəli istifadə etmək,milləti illərlə yükləyən problemlərdən qurtarmaq lazımdır.
Mən də Tərtərin suyuna qoyulan sayqacın götürülməsinə qədər susmayacam.Standartlara uyqun qazılmayan quyuların zərərli sularını anbarlara yıqaraq,əhaliyə pulla verilməsinə qarşı çıxacam.Tərtərin baqçaları suya vurulan dərmanlardan qurumaqdadır.Tərəvəz məhsulları bu sudan məhv olur.10 milyonlara başa gəlmiş layihəni yeyənlərə qarşı camaatımızın harayını çatdırmaq boynumun borcudur.Çünki onillər boyu atamın rəhbərliyilə vurulmuş bütün artezanların dəyərlu sularını ləqv etdilər. Nə məqsədlə,Tərtər əhalisini içməli sudan mərhum etdilər? 30 il düşmənin qabaqında durduquna görəmi? Azər Su rayon rəhbərliyilə birgə yedi dövlətin pulunu,guya əhalinin suya olan ehtiyacını ödədi.Heyhat.İlboyu əhaliyə anbardan yosunlu su içirdilər.Dəfələrlə suyun yararsız olması haqda Yutube kanalında yayım edilib.Yoxlayın,görün,bu su içməyə yararlımı?
QAYTARIN TƏRTƏR SUYUNU,möhtərəm İlham Əliyev.Su ehsandır. Cənab prezident,ölçü götürəcəyinizə inanıram."

Yenixeber.org olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam