Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Füzulidə 10 000000-luq ölkə olmağımız belə qeyd edildi-Fotolar

 Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib.

Yenixeber.org: Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. Tədbirdə RİH əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirildi. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırdı.

Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.

Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.

Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam