Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Vətəndaşlar da qanunvericilik təşəbbüsü ilə çıxış edəcəklər –Yeni qanun layihəsi

 Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Yenixeber.org: Parlamentdən verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub. Komitənin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.

Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənilib. Bildirilib ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.

Sonra deputatlar – Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildiriblər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam