Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qənirə Paşayeva bu itə sahib çıxdı - Foto

Milli Məclisin deputatı Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb.

Yenixeber.org: “Toplan” sahibsiz itlərə qayğı mərkəzi iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalı çərçivəsində heyvansevərlər üçün müxtəlif tədbirlər, maarifləndirici viktorinalar, o cümlədən itlərin sərgisini də təşkil edib.

Tədbir zamanı “Toplan”da saxlanılan bir çox itə müxtəlif şəxslərin sahiblənmək imkanı da yaradılıb. Festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə aparıblar. Onların arasında millət vəkili Qənirə Paşayeva da olub. Q.Paşayeva festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə gətirilmiş bir itə sahiblənib.

Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilərlər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam