Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət Yol Polisi İdarəsindən -sürücülərə Ramazan bayramı ilə əlaqədar müraciət

Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.

Yenixeber.org: İdarədən verilən məlumata görə, ilk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam