Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Göyçayda -167 kq ölü heyvan cəmdəyi aşkarlanıb

Göyçayda 167 kq ölü heyvan cəmdəyi aşkarlanıb

Göyçayda diri çəkisi 167 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Yenixeber.org: Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsində Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.

Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam