Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Nazirlik: 3 şəhər və rayonda insan alveri qurbanları üçün...

 

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamın icrası işlərinin bir istiqaməti kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət sifarişləri üzrə üç şəhər və rayonda (Gəncə şəhəri, Lənkəran və Göyçay rayonları) insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

Yenixeber.org: Bu barədə  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, sözügedən sərəncam digər həssas qruplar kimi, insan alveri qurbanlarının sosial reabilitasiya imkanlarının da artırılmasına imkan yaradıb.

Mərkəzlər müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq.

Həmin mərkəzlərdə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək göstərilməsi, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə zəruri xidmətlərlə, hüquqi, psixoloji, tibbi yardımlarla təmin edilmələri, məşğulluq problemlərinin həlli və s. üçün müvafiq işlər aparılacaq. Həmçinin insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri də həyata keçiriləcək.

Qeyd edək ki, hazırda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi də fəaliyyət göstərir və yaradılacaq yeni mərkəzlər insan alveri qurbanlarının sosial reabilitasiyası istiqamətində fəaliyyət mütəvisinin genişlənməsinə şərait yaradacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam