Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AQTA: Bakıda kafedə qabların kanalizasiya borusunun ...

 

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Yenixeber.org:  Qida Təhlükəsizliyi Agentliyi (AQTA) verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən növbəti monitorinq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsində (kafedə) aparılıb.

Baxış zamanı qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. 

Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. 

Baxış zamanı kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib. 

Aşkar edilən nöqsanlar əsasında Agentlik əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam