Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəmkirdə- 58 kq mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

Yenixeber.org: AQTA-dan verilən məlumata gförə, növbəti belə tədbir Şəmkir rayonunda keçirilib.

Monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.

Agentlik tərəfindən bundan sonra da bu istiqamətdə sağlamlaşdırıcı tədbirlər davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam