Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

JEK-lərin arayış problemi çözülmək bilmir

 

Mənzil-istismar sahələri ilə (MİS) vətəndaşlar arasında arayış problemi çözülmək bilmir

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, JEK-lər kommunal xidmətlərə borcu olan vətəndaşlara arayış verməkdən imtina edirlər. Lakin bu heç bir qərar və ya qanunla tənzimlənməyib: “Sonuncu şikayət Sabunçu rayonundakı 44 saylı MİS-dən daxil olub. Vətəndaşa kommunal borcun ödənilməyəcəyi təqdirdə arayış verilməyəcəyi bildirilmişdi. Biz həmin vətəndaşa kömək göstərdik. Lakin əksər vətəndaşlar kommunal borcu olanlara arayışların verilmədiyinin qanunla əlaqəsi olmadığını bilmir”.
E.Hüseynov dedi ki, vətəndaşların məlumatsızlığından istifadə edirlər: “Kommunal borcları ödəməyənlər arayış ala bilərlər. Sadəcə olaraq insanlar öz hüquqlarını bilməlidir. Onların məlumatsızlığı isə JEK-lərin işinə yarayır”.
Qeyd edək ki, artıq müvafiq arayışları internet vasitəsilə də əldə etmək mümkündür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam