Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Muxtar Babayev:"Qəbələdə ayı ətini satan “ovçu” dövlətə cavab verməli olacaq"

 

"Azərbaycanda şəxsi evlərdə və ya iaşə obyektlərində müxtəlif heyvanların saxlanması faktları azalıb".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır: "Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür".

M.Babayev eyni zamanda sosial şəbəkələrdə vəhşi heyvanların saxlanılması ilə yer alan məlumatlara da münasibət bildirib: "Qəbələdə ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq. Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə yayılmasından sonra həmin insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam