Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sürücülərə xəbərdarlıq: 10-11 yanvar tarixlərində ehtiyatlı olun!

Sürücülərə xəbərdarlıq: 10-11 yanvar tarixlərində ehtiyatlı olun!

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkət istiqaməti dəyişdiriləcək.

Yenixeber.org: “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, bunun üçün 10-11 yanvar tarixlərində sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətllənmə işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nişanlanma və xətlənmə işləri bitdikdən sonra 31 dekabr 2019-cu il tarixində şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam