Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Onlarla erməni yaraqlısını məhv edən-Milli Qəhrəmanın doğum günüdür

 
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun doğum günüdür.
Yenixeber.org: Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, C.Naxçıvanski adına Hərbi Məktəbi, Vladiqafqaz və Saratov şəhərlərində ali hərbi təhsil alıb, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edib. 1992-ci ildə Azərbaycana qayıdıb, Şuşa istiqamətində topçu zabit kimi şücaətlə vuruşub, ad qazanıb. 1992-ci il mayın 15-də Turşsu-Zarıslı istiqamətindəki döyüşdə onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam