Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Füzuli RİH-nin başçısı - vətəndaşlarla görüşüb

 
Alı Alıyev bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlandı, vətəndaşlarla görüşüb, problemlərini dinlədi.

Yenixeber.org: Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla təsadüfi və planlaşdırılmamış olan görüşləri, onların problem və qayğıları ilə yaxından marağlanmağı mütamadi xarakter daşıyır. Bu görüşlərin tərkib hissəsi olaraq Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir.
Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanmışdır.

Alı Alıyev cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

Rayon sakinləri də öz növbəsində Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.

           

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam