Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polis -Oğuzda yaşlı sakinlərə baş çəkib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, xüsusi karantin rejimi müddətində Oğuz Rayon Polis Şöbəsi tərəfindən rayon ərazisində tənha yaşayan yaşlı insanlara, əlillərə və aztəminatlı ailələrə yardım olunub.

Yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq polis əməkdaşları həmin sakinlərin evinə gedib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yaşlı insanlarla yanaşı şöbə əməkdaşları müxtəlif xəstəliklərdən əziyyət çəkən və maddi cəhətdən imkanı zəif, aztəminatlı ailələrə də baş çəkib. Onlara da qida məhsullarından ibarət bağlamalar verilib, köməklik göstərilib. Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam