Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Bir sutkada- 30 min adam yasa getmək üçün SMS icazəsi istəyir”

“Dünənədək 8103 qısa nömrəsinə 8.2 milyon SMS göndərilib. Son günlərdə hər sutka sistemə 30 minə yaxın 3 kodu ilə, yəni, yaxın qohumun dəfnində iştirak üçün müraciət daxil olur”.
Yenixeber.org: Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.
F.Cəfərov qeyd edib ki, gün ərzində vəfat edənlərin statistikasına baxdıqda bu rəqəm həddindən artıq yüksəkdir:
“Göndərilmiş SMS-lərin təqribən 64%-nə müsbət cavab verilib. İlk günlərdə 62%-ə yaxın insan yanlış format, aidiyyatı olmayan sözlər və s. yazıb göndərirdi. Hətta nalayiq sözlər yazan vətəndaşlar var idi. Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslər barəsində müvafiq tədbirlər görüldü”.
Onun sözlərinə görə, son günlər bu kimi yalnış SMS-lərin sayı azaldığından müsbət cavab alan SMS-lər 80%-ə qalxıb:
“Son 8 gün ərzində 3 kodundan sui-istifadə edənləri müəyyənləşdirmişik və onlara məhdudiyyətlər qoyulub. Artıq bu koddan istifadə edə bilmirlər. 1 və 2 kodundan sui-istifadə halları da var. Təbii ki, biz hər gün marketə gedib ərzaq almamalıyıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam