Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Danışmağa icazəm yoxdur”

 

Şəmkirin sabiq başçısı Aslan Aslanovun adı son günlər məhbus Lamiyə Quliyeva olayına görə hər gün mətbuatda hallandırılır.

"Xeberinfo.com":  Oğlunun ölümündə ittiham olunaraq ömürlük həbsə məhkum olunan Vüqar Əliyevin, nişanlısı L.Quliyevanın, eləcə də hər ikisinin ailə üzvlərinin mətbuata onunla bağlı dedikləri şok effekti yaradıb.
Hakimiyyətin üst instansiyasında onunla bağlı müvafiq qərar verildiyi və tezliklə həbs olunacağı gözlənilir. Hətta ötən həftə onun yaşadığı evin polis mühasirəsinə alınması və əməliyyat aparılması barədə də məlumatlar yayılmışdı. “Yeni Müsavat” isə bu olaylarla bağlı A.Aslanovun qardaşı Elsevər Aslanovla danışmağa cəhd edib. E.Aslanov əməkdaşımızla söhbətində V.Əliyevin onun, eləcə də qardaşı A.Aslanovun barəsində dediyi fikirləri nə təkzib, nə də təsdiq etdi. Dedi ki, bu işlə bağlı dəfələrlə məhkəmə prosesi keçirilib, işlərə bir neçə instansiyada baxılıb: “Məhkəmə öz sözünü deyib. Mənim nəsə deməyim doğru deyil”.
Dəqiqləşdirmə zamanı aydın oldu ki, E.Aslanov Daşkəsən rayonunun polis rəisidir: “İndi də xidmət otağımdayam. Sizinlə öz otağımdan danışıram. Amma verdiyiniz heç bir sualı cavablamayacam. Çünki bununla bağlı rəhbərlikdən icazəm yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam