Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Space" TV-nin yayımı - 1 saatlıq dayandırılacaq

"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Yenixeber.org: MTRŞ-dan verilən məlumata görə, iclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

Mayın 5-də “Space” televiziya kanalının efirində yayımlanan “Böyük boss” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, “Azərbaycan Televiziyası” (AzTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam