Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nazir də ucuz manatdan və süni bahalaşmadan danışdı

 

"Manatın dollarla müqayisədə dəyərdən düşməsi sosial ödənişlərin verilməsində hər hansı problem yaratmayacaq".

"Xeberinfo.com":  APA TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib: "Milli valyutanın kursu endirilirsə, bu, büdcəyə daxilolmaların artması deməkdir. Büdcəyə daxilolmalar artırsa, belə halda hansı çətinlikdən danışmaq olar?! Biz tam vaxtında bütün sosial ödənişləri yerinə yetirmişik və bundan sonra da yerinə yetiriləcək. Hər hansı bir gecikmə ola bilməz".

Nazirliyin müvafiq qurumlarının bazarlarda monitorinqlər apardığını deyən Səlim Müslümov bildirib ki, burada əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istehlak səbətinin tərkibinə daxil olan məhsullar və xidmətlərin qiymətinin araşdırılmasıdır: "Təəssüflər olsun ki, bazarlarda bir sıra işbazlar və dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər".

Səlim Müslümov deyib ki, nazirlik əmək müqavilələrinin elektron qeydiyyatı vasitəsilə son dövrlərdə ixtisar olunan və bağlanan iş yerlərinin saldosuna baxıb. Bu günədək elə böyük saldo yoxdur, cüzi kənarlaşma var. Yəni indiyədək ləğv olunmuş əmək müqavilələrinin sayı ilə bağlanmış əmək müqavilələrinin sayı eynidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam