Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputat -məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı

Deputat məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı
Bakıda məşhur otellərin birində insanların hovuz kənarında istirahət etməsi bir tərəfdən məsuliyyətsizlik, digər tərəfdən isə qudurğanlıqdır.
Yenixeber.org: Bunu deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin belə hərəkəti cəmiyyətə meydan oxumaq deməkdir.

“Hesab edirəm ki, onların cəzası ciddi olmalı və insanlara görk olmalıdır. Burada insanlar koronavisurla ölüm-dirim mübarizəsi aparır. Sən deyirsən ki, “hovuzda dincəlməliyəm və ya haradasa kabab yeməliyəm”. Bu, həm də mənəviyyat məsələsidir. Bunların qınanması çox doğrudur”.

Qeyd edək ki, ötən gün "Fairmont Baku" hotelində karantin qaydalarına zidd olaraq hovuz müştərilərin istifadəsinə verilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam