Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zaqatalada -karantin qaydalarını pozan şəxslər cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin biryerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam