Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Təhsil naziri -qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

Təhsil naziri Emin Əmrullayev Tibb Universitetinin avtomobil qəzasında ölən tələbələrinin yaxınlarına başsağlığı verib.

Yenixeber.org: Başsağlığında deyilir:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam