Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qəbulda ən yüksək balı onlar TOPLADI -ADLAR

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

Yenixeber.org: İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin məzunu Cəfərli Mikayıl Kamran oğlu göstərib. 

O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə, II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) ona məxsusdur. 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızı və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunu Əzizova Mələkxanım İlqar qızı göstəriblər. 

Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticəni (679.3 bal) əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam