Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Emin Əmrullayev təhsili şam yeməyi ilə müqayisə etdi

“Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”. 

Yenixeber.org:  Bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, təhsil prosesi mexaniki prosesi deyil: 

“Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır. Kimsə 6 ay ərzində böyük sayda İT mütəxəssisi yetişdirmək istəyir”. 

E.Əmrullayev əlavə edib ki, məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur: 

“Bunu müəllimlər də deyir. Sadəcə bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam