Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart" bazarlığı -RƏSMİ ELAN

Abşeron təhsili ilə nazirlik də bacarmır?

Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib.
Yenixeber.org: Məlumata görə məktəbin şagirdlərindən “8 mart”la əlaqədar 40-50 manat toplanılır.
Şagirdlərdən pullar “Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır.
Baş verən rüsvayçı hadisədən məktəb direktorunun müavini Aygün Ağalarovanın birbaşa xəbərdar olduğu deyilir.
Abşeron təhsili ilə nazirlik də bacarmır?
Məktəb direktoru “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığılmaması barədə rəsmi elan verib.
Abşeron təhsili ilə nazirlik də bacarmır?
Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri “8 mart” münasibətilə pul verməməyə çağırır.
Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini, direktorun isə “gözükölgəli” olduğunu bildirir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir.
Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam