Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İqtisadiyyat və Humanitar kollecində özbaşınalıq:tələbələrin şəxsi əşyaları yoxlanılır

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq hökm sürür. 

Yenixeber.org: Bu barədə bir qrup valideyn sosial mediada məlumat yayıb. 
Onlar bildiriblər ki, kollecdə tam bir anarxiya hökm sürür, tələbələrlə kobud davranılır, hətta bəzən onların çantaları, şəxsi əşyaları yoxlanılır. 
Buna etiraz edən tələbələri isə kollecdən qovmaqla hədələyirlər. 
Valideynlər bildiriblər ki, dəfələrlə bu kimi neqativ hallarla bağlı Kollecin direktoru Səhər Orucova ilə əlaqə saxlanılsa da, o, valideynləri də kobud şəkildə kollecdən uzaqlaşdırıb.
Onların sözlərinə görə, kollecin fəaliyyəti ilə bağlı mediada gedən araşdırmalar da ürəkaçan deyil, burada heç bir şəffaflıq yoxdur. Ona görə də valideynlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyi planlaşdırırlar. 
Şikayətlə bağlı Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecindən və BDU-dan münasibət almaq mümkün olmayıb.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam