Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qalmaqallı rektorun ucuz piar cəhdi -FOTOFAKT

Qalmaqallı rektorun ucuz piar cəhdi - FOTOFAKT

Bakı Slavyan Universitetində (BSU) keçirilən elmi seminarda Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nəzərlinin iştirakı ilə bağlı xəbər sosial mediada və təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Yenixeber.org: Səbəb isə sadə və bir o qədər də düşündürücüdür: bir məktəblinin tədbirdə iştirakı universitetin rektoru Anar Nağıyevin xüsusi təşəbbüsü kimi qabardılıb və mediada “nümunəvi addım”, “uğur” kimi təqdim olunub. Bəli, düz eşitdiniz, 10 yox, 100 yox, 1 məktəblinin hansısa tədbirdə iştirakı reklam alətinə çevrilib.


Ekspertlər bu halı “ucuz piar”, “şişirdilmiş təşəbbüs” və “populizm” kimi dəyərləndirir. Ekspertlərə görə, sadəcə bir şagirdin tədbirə qatılmasını rektor səviyyəsində təşviqat predmeti etmək universitetin təbliğat siyasətində ciddi boşluqları və cəmiyyətə təqdim edə bilmək üçün akademik uğurlarının olmadığını üzə çıxarır.
Hesab edirik ki, bir məktəblinin universitetdə təşkil edilən səminarda iştirakı xüsusi təbliğata çevrilməməli və rektor səviyyəsində təqdim olunmamalıdır. Ölkədə hər gün onlarla belə təşəbbüslər reallaşır. Hətta heç bir vəzifə daşımayan sadə vətəndaşlar müxtəlif gənclərin təhsilinə maddi və mənəvi dəstək verirlər.
Belə bir şəraitdə, elm və təhsildə real nailiyyətlər əvəzinə xırda hadisələri şişirtmək universitet rəhbərliyinin populist yanaşmasını ortaya qoyur. Bu, real elmi nəticələrin yoxluğunu ucuz reklam üsulları ilə ört-basdır etmək cəhdidir.
Qeyd edək ki, BSU-nun rektoru Anar Nağıyev mətbuatın gündəminə dəfələrlə müxtəlif qalmaqallarla gəlib və onun ünvanına ciddi ittihamlar səsləndirilib.
Görünür, bu cür ucuz piar siyasəti ilə qalmaqallı rektor özünə müsbət ictimai imic formalaşdırmağa çalışır.
Lakin yaxşı olardı ki, bu cəhd sadə bir Azərbaycan məktəblisinin üzərindən edilməzdi.
Cəmiyyət universitetlərdən real akademik nailiyyətlər gözləyir. Tək-tük tədbirlərə gənc iştirakçıların cəlb olunması isə gündəmi doldurmaq üçün vasitəyə çevrilməməlidir.(editor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam