Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? –Qohumluq əlaqəsi

media-99

İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur.

media-122

Hərbi müəllim Anar İbayev isə direktor Ruslan İbayevin əmisi oğludur.
media-17
              Deputat Müşfiq Cəfərov
 
Bildirilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin bütün gücü ilə şagirdi döyən məktəb direktoru Ruslan İbayevi müdafiə etməsinin arxasında məhz deputat Müşfiq Cəfərov və sektor müdiri Elşad Uğurliyev faktoru dayanır.
media-13


             Bəhruz Nəbili
 
Milli Məclisin deputatı Müşfiq Cəfərova və Bəhruz Nəbiliyə arxalanan Ruslan İbayev 5 ay müddətində orta məktəbdən 4 işçini işdən çıxardıb.
media-97
            Məktəb direktoru Ruslan İbayev
Hətta Ruslan İbayev məktəbin adını daşıdığı şəhid Qoşqar Tarverdiyevin qardaşı Zaur Tarverdiyevi də işindən azad edib. Şəhid qardaşı üzləşdiyi haqsızlıqla bağlı dəfələrlə Ruslan İbayevdən şikayətlər etsədə, sonda direktoru himayədarları qorumağı bacarıblar.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam