Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ASA “Study in Azerbaijan” beynəlxalq sərgisində-FOTOLAR

 

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir.

Yenixeberorg.com: Sərgidə təmsil olunan 25-ə yaxın aparıcı ali təhsil müəssisələri içərisində Azərbaycan İdman Akademiyasının (ASA) stendi də yer alır. Akademiyanı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin Beynəlxalq reytinqlər üzrə koordinatoru Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər.

Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır.

Qeyd edək ki, sözügedən sərgi 7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam