Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir...

Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir

Prezident təqaüdçüsü, Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru, yazıçı- jurnalist Yusif Məhəmmədoğlu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dovlət Agentliyinin direktoru cənab Eşqi Bağırova müraciət ünvanlayıb
Surəti "Yenixeberorg.com"a daxil olan müraciətdə deyilir:
Dəyərli Eşqi müəllim! Azərbaycan təhsilinin inkişafında əməyiniz və əziyyətinin danılmazdı. Belə bir ağır və gərgin iş zamanı sizi də narahat eləməyə məcbur oldum. Sizə müraciətim- şikayətim Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə Təhsil Sektorunun müdiri Rəşid Məmmədlidəndir. Rəşid Məmmədli mənim halal haqqım olan 600 manat pulumu mənimsəyib vermir. Fevral ayının 1-indən bu günə qədər hər gün bir bəhanə edir. Belə etməkdə bir məqsədi var ki, mənim pulumu verməsin. Sizə qədər bu problemimlə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri cənab Ramin Abasova və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova müraciət etmişəm. Rəşid Məmmədli tabeli olduğu İdarə müdirinin və İcra başçısının sözünü eşitmədi. Mən də indilik müraciəti sizə edirəm. Siz də baxmasanız sizdən sonra Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə, daha sonra isə çox hörmətli Mehriban xanım Əliyevaya və cənab Prezidentə müraciət-şikayət edəcəm.
Hörmətli Eşqi müəllim! Bir daha sizdən xahiş edirəm ki, mənim halal pulumu mənsimsəyən Rəşid Məmmədlidən pulumun veri qaytarılmasına köməklik edəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam