Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda müəllim birinci sinif şagirdini döyüb

 

 

Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb

 



Yenixeber.org: Hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.

O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb:

“Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimədən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:

“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq.

Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam